Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək
24 yanvar 2026 - 12:45 567
Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı baş tutacaq.
3-7 fevralda yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı Gəncə İdman Sarayında keçiriləcək.
11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U-20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral 17:00-da, U-17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə 9 fevral 17:00-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı