Gimnastımız Avropa Kubokunda dördüncü oldu
05 may 2024 61
Bakıda keçirilən Avropa Kubokunda böyük fərdi gimnastlar arasında üç fərqli proqramda qaliblər müəyyənləşib.
Haqla ilə hərəkətlərdə italiyalı Sofiya Raffaeli (35,050 xal) qızıl, bolqarıstanlı Boryana Kalein (33,600) gümüş, kiprli Vera Tuqolukova (33,100) isə bürünc medal qazanıblar. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə 31,650 xal toplayaraq səkkizinci pillədə qərarlaşıb.
Topla çıxışda isə bolqarıstanlı Boryana Kalein (34,350) birinci, rumıniyalı Kristina Draqan (34,150) ikinci, israilli Daniela Munitz (33,850) üçüncü yeri tutublar. Bu dəfə hakimlərdən 33,350 xal alan Zöhrə Ağamirova altıncı sırada yer alıb.
Gimnastımız daha sonra lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, 31,800 xalla dördüncü sırada qərarlaşıb. Bu proqramda Boryana Kalein (32,950) qızıl, Vera Tuqolukova (32,350) gümüş, Sofiya Raffaeli (32,250) isə bürünc mükafata sahib olublar.
Milli Gimnastika Arenasında təşkil edilən bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnirə bu gün - mayın 5-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya ... Ətraflı
Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar
Macarıstanın Eger şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan ... Ətraflı