Gimnastika üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb
04 avqust 2025 - 10:37 690
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açıq Sumqayıt şəhər birinciliyi uğurla başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK, Sumqayıt OİK və “Ocaq Sport” Klubunun Xırdalan bölməsindən ümumilikdə 30 gimnast iştirak edib.
Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında mübarizə aparıblar. Təsnifat mərhələsində fərqlənən idmançılar medal və diplomla mükafatlandırılıb.
Kiçiklər yaş kateqoriyası üzrə:
2018-ci il təvəllüdlülər: I və II yerlər - Sumqayıt OİK, III yer - Abşeron OİK;
2019-cu il təvəllüdlülər: I, II və III yerlər - “Ocaq Sport” Klubunun Xırdalan bölməsi
Balacalar yaş kateqoriyası üzrə:
2015-2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt OİK, II yer -“Ocaq Sport” Klubunun Xırdalan bölməsi, III yer - Abşeron OİK
Yeniyetmələr yaş kateqoriyası üzrə:
2012-ci il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, III yer - Sumqayıt OİK
2013-2014-cü il təvəllüdlülər: I və II yerlər - Abşeron OİK, III yer - Sumqayıt OİK
Gənclər yaş kateqoriyası üzrə:
2010-2011-ci il təvəllüdlülər: I yer - Abşeron OİK, II və III yerlər - Sumqayıt OİK.
Bənzər xəbərlər
Dünya çempionatına bir gümüş və bir bürünc medalla start
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.
İkinci ... Ətraflı
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
Bu gün Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının ... Ətraflı