Gəncədə üzgüçülük yarışı keçiriləcək
26 avqust 2025 - 16:52 806
Sentyabrın 13-14-də Gənclər və İdman Nazirliyi (GİN) ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.
AÜF-dən verilən məlumata görə, yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.
Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışın açılış və bağlanış mərasimləri müvafiq olaraq, 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı