Gənc Olimpiyaçıların Beynəlxalq Forumunda Azərbaycandan nümayəndələr iştirak edir.
01 iyun 2019 852
Bu gün Rusiya Milli Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin Həmrəylik Fondunun dəstəyi ilə Moskvada Gənc Olimpiyaçıların Beynəlxalq Forumu başlayıb. Forumun keçirilməsinin məqsədi 14-17 yaş arası idmançılarda olimpizm, olimpiya mədəniyyəti və dəyərlərini aşılamaq və bu yöndə biliklərini genişləndirməkdir.
Tədbirdə Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalında qatılacaq ölkələrdən idmançılar və rəsmilər iştirak edir. Azərbaycanı tədbirə idmançılar – Nikita Sitov, Fəxriyyə Tağızadə, Raziyyə Əliyeva, Rüstəm Murvətov və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək Azərbaycan komandasının rəhbəri Həsənağa Rzayev təmsil edirlər.
İnteraktiv formada keçiriləcək tədbir idmançılar arasında dostluq əlaqələrinin qurulmasına yönəldilib. Forumda iştirak edəcək arasında Beynəlxalq Olimpiya Komitəsi, Dünya Anti-Dopinq Agentliyinin rəsmiləri və məşhur İdmançı-Olimpiyaçılar daxildir.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı





