Gənc cüdoçularımız İstanbuldan 7 medalla qayıdırlar
04 may 2025 851
Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə yekun vurulub.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçu qüvvəsini sınayıb. Yarışda 38 cüdoçu ilə təmsil olunan komandamız turniri 2 qızıl, 5 bürünc medalla başa vurub. Komandamıza qızıl medalları Aslan Kotsoyev (-90 kq) və Nizami İmranov (-66 kq) qazandırıb. Aytac Qardaşxanlı (-52 kq), Nihad Məmişov (-60 kq), Fərid Qarayev (-60 kq), Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıb. Turniri 2 qızıl və 5 gümüş medalla başa vuran millimiz oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı