Gələn il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının iştirakçıları müəyyənləşir
04 sentyabr 2025 - 14:15 183
2026-cı ildə Bakıda keçiriləcək çövkən üzrə ikinci dünya çempionatı üçün iştirakçıların müəyyənləşməsi prosesi davam edir.
Azərbaycan Atçılıq Federasiyasından bildirilib ki, Azərbaycan ev sahibi kimi avtomatik siyahıya daxil olub, digər iki Avropa təmsilçisi isə Malta və Polşa olacaq.
Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq Asiya çövkən çempionatında ilk iki yeri tutan komandalar Bakıya vəsiqə qazanacaqlar. Çempionatda ev sahibi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan komandaları öz bacarıqlarını nümayiş etdirəcək. Yarışlar paytaxtda yerləşən müasir “Universal Horse Stable” atçılıq mərkəzində baş tutacaq.
Qarşıdakı aylarda keçiriləcək Afrika və Cənubi Amerika çempionatlarında da eyni qayda ilə ən yaxşı iki komanda seçiləcək. Beləliklə, ümumilikdə 9 komanda formalaşacaq, daha bir iştirakçı isə Beynəlxalq Federasiyanın xüsusi dəvəti ilə turnirə qatılacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı