Xəbərlər

Fransanın idman naziri: "Hər şey hava limanından başlayacaq"

04 may 2024 85

Fransa hakimiyyəti Paris-2024 Yay Olimpiya Oyunları zamanı ölkənin hava limanlarında sərhəd xidməntinin sayını 1900 nəfərə qədər artırmaq qərarına gəlib. Bildirilir ki, mobil tətbiq vasitəsilə əvvəlcədən sifariş vermədən sərnişinləri birbaşa hava limanında qəbul edən taksi sürücüləri ciddi nəzarətə götürüləcək. “Son həftələrdə ciddi rejimə start vermişik. Mükəmməllik üçün çalışırıq. Hər şey hava limanından başlayacaq. Qonağımız olan idmançılar, dünyanın hər yerindən gələn media nümayəndələri  və çoxsaylı ziyarətçilər buradan xoş xatirə ilə ayrılmalıdırlar", - deyə İnside The Games Fransanın idman naziri Ameli Oudea-Kasteradan sitat gətirib.

 

Qeyd olunur ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış  mərasimi zamanı Paris üzərində hava məkanının altı saatlıq bağlanması da nəzərdə tutulub. Olimpiada zamanı 18 min fransalı əsgər xidmətə cəlb ediləcək. Onlardan 3 mini havadan müşahidəyə həsr olunacaq.

 

Bundan əlavə 35 min polis məmuru və jandarma da asayişə nəzarət edəcək.