"Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər
24 yanvar 2025 931
"Formula 1" pilotları 2025 mövsümündən etibarən nalayiq ifadələr işlətdiklərinə, həmçinin Beynəlxalq Avtomobil Federasiyasını (FIA) tənqid etdiklərinə görə cərimə və diskvalifikasiya oluna bilərlər.
ESPN-ə istinadən, Beynəlxalq İdman Məcəlləsinin yeni versiyasında bu davranışlar təhqiredici, incidici, kobud, alçaldıcı hesab edilə bilən dil, jest və ya işarələrin istifadəsi, həmçinin fiziki təsir və sadalanan hərəkətlərdən hər hansı birini törətməyə təhrik kimi qəbul olunacaq.
Məcəlləyə əlavədə göstərilir ki, "qeyri-qanuni davranış" halında iki il ərzində pilotlar üçün birinci pozuntu 40 min avro cərimə, ikinci pozuntu 80 min avro cərimə və 1 aylıq şərti diskvalifikasiya, üçüncü pozuntu isə 120 min avro cərimə, 1 aylıq kənarlaşdırma və çempionatda xalların ləğvi ilə nəticələnəcək.
Qeyd edək ki, "Formula 1"in yeni mövsümünün ilk mərhələsi martda Avstraliyada keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı