Formula 1-in ən dəyərli komandaları açıqlanıb
29 noyabr 2024 999
Formula 1-in 2024-cü il üçün ən dəyərli komandaları açıqlanıb.
Siyahıya tarixində ən çox çempionluq qazanan İtaliya komandası “Ferrari” başçılıq edir. “Qırmızılar”ın 4 milyard 780 milyon ABŞ dolları dəyəri var. Səkkiz çempionluq əldə edən Almaniya təmsilçisi “Mercedes” ikinci yerdə qərarlaşıb. Komandanın dəyəri 3 milyard 940 milyon dollardır. İlk “üçlüy”ü isə “Red Bull” (3,5 milyard dollar) tamamlayır.
Qeyd edək ki, “Ferrari” komandası ötən il 3 milyard 130 milyon dollarla birinci olmuşdu.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı