Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb
14 sentyabr 2024 860
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə qısa fasilə yaranıb.
Buna “Alpine" komandasının fransalı pilotu Esteban Okonun bolidindəki texniki nasazlıq səbəb olub. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.