Finlandiyalı neyrocərrah bədbin danışıb
09 oktyabr 2024 155
Xəbər verdiyimiz kimi, ötən ayın sonunda əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin qızı Cina Marianın toy mərasimi keçirilib. Media üçün qapalı olan həmin mərasimdə
2013-cü ildən bəri ilk dəfə Şumaxerin də kütlə qarşısına çıxdığı bildirilir. Məşhur finlandiyalı neyrocərrah Jussi Postinin qeyd edir ki, Şumaxerin vəziyyəti ağırdır və onun yaxşılaşma ehtimalı çox azdır.
“Şumaxer haqqında əlimizdə olan bütün məlumatları nəzərə alsaq, onun hələ də əvvəlki kimi ağır vəziyyətdə olduğunu deməliyik. Məlumdur ki, bütün yataq xəstələri hərəkətsiz və hər şeyə qarşı çox həssas olurlar. İnsanı 11 il belə vəziyyətdən sonra ayağa qaldırmaq sadəcə möcüzə ola bilər. Ona görə də şəxsən mən Şumaxerin yaxşılaşdığına inanmıram. Bütün xəstələrin sağalması üçün orta hesabla iki il vaxt ayrılır. Əgər zaman keçirsə, deməli vəziyyət heç də yaxşı deyil”, - deyə «İltalehti» portalı Postidən sitat gətirib.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında dağ-xizək kurortunda istirahət edərkən yıxılıb, kəllə-beyin travması alıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media hesablarında 9 ... Ətraflı