FIDE reytinqi: Şəhriyar Məmmədyarov 7 pillə irəliləyib, Teymur Rəcəbov mövqeyini qoruyub
01 mart 2024 963
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mart ayı üçün reytinq cədvəli açıqlanıb.
FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.
Ötən reytinqlə müqayisədə yeddi pillə irəliləyən Şəhriyar Məmmədyarov (2734) 19-cı sıraya yüksəlib.
Teymur Rəcəbov (2723) isə 25-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2651) 85-ci sıraya qalxıb, Nicat Abasov isə ilk “100-lüy”ü tərk edib.
Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2789) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.
Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstərici Günay Məmmədzadəyə (2449) məxsusdur. Ötən ay reytinqlə müqayisədə 1 pillə geriləyən qrosmeyster 27-ci yeri tutur. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 102-ci sıraya geriləyiblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı