FIBA Çempionlar Liqasının pley-in görüşü Bakıda keçiriləcək
29 dekabr 2024 1089
FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-inin ilk oyunu Bakıda təşkil olunacaq.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, "Aliağa Petkim Spor"un rəqibi olan "Hapoel Holon" komandası İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda keçirilməsi nəzərdə tutulub.
Matç yanvarın 7-də hər iki tərəfin razılığı əsasında Bakı İdman Sarayında reallaşacaq.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də 3-cü oyun da məhz Bakıda baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı