Fevralın 3-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 38-ci qış çempionatına start verilib
03 fevral 2022 705
Böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.
Çempionatın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində respublikamızın dünyada idman dövləti kimi tanındığını deyib. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. Ç.Hüseynzadə gələn ildə Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında Azərbaycan atletlərinin də iştirak edərək medal qazanacaqlarına ümidvar olduğunu bildirib.
Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən federasiya prezidenti idmançılara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, respublikamızda çoxsaylı yerli və beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.
Ümumilikdə 140 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda Bakı şəhəri ilə yanaşı, Gəncə, Bərdə və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 11 komanda mübarizə aparır.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı