Ferrari təqdimat tarixini açıqlayıb
19 dekabr 2024 909
Ferrari komandası 2025-ci il bolidini fevralın 19-da təqdim edəcək.
Ferrari komandası gələn il Lyuis Həmilton və Şarl Lekler cütü ilə yarışacaq.
Daha əvvəl Formula 1 komandalarının birlikdə təqdimat edəcəyi ilə bağlı xəbər vermişdik. Lakin bu tədbirdə komandaların sadəcə rəng çalarlarını təqdim etməsi gözlənilir.
Komandalar sponsorlar üçüb yeni maşınlarını xüsusi təqdimat mərasimi ilə azarkeşlərə göstərəcəklər. Buna görə də Ferrari yeni bolidini fevralın 19-da təqdim edəcək. Hələlik maşının adı məlum deyil.
Ferrari komadasının rəhbəri Frederik Vassyör: “Əvvəlcə təqdimat üçün Londonda olacağıq. Bir gün sonra isə yeni bolidi təqdim etmək üçün Maranelloya qayıdacağıq”.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı