Faiq Həsənov ikinci dəfə rekord müəllifi oldu
13 may 2025 795
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub.
Bu gün bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib. Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib. 55 il 277 gün efirdə olan “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb. Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı