EYOF-2025: İki taekvondoçumuz mübarizəni dayandırdı
23 iyul 2025 - 15:02 589
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün komandamızın daha iki üzvü dayanq üzərinə çıxıb. Təəssüf ki, hər iki idmançımız mübarizəni erkən dayandırıb. Komandamızın xanım bayraqdarı Humay Dadaşova (49 kq) 1/32 finalda xorvatiyalı Dora Radikə məğlub olub. Digər idmançımız Xuraman Cavadzadə (44 kq) isə Vircinia Lampisə (İtaliya) uduzaraq festivaldakı çıxışı yekunlaşdırıb.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan digər idmançımız Mehdi Budaqlı (48 kq) isə 1/6 finalda ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı