Ər-Riyad-2025: Azərbaycan millisi iki pillə gerilədi - MEDAL SİYAHISI
09 noyabr 2025 - 23:35 558
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının altıncı yarış günü yekunlaşıb.
Olympic.az xəbər verir ki, Azərbaycan komandası günü 9 (1 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurub. Bununla da komandamızın medallarının sayı 17-yə (2 qızıl, 3 gümüş, 12 bürünc) çatıb.
Komandamız hazırda 6-cı pillədə qərarlaşıb. Siyahının ilk pilləsində ötən gün olduğu kimi Türkiyə yığması qərarlaşıb. Qardaş ölkənin komandasının aktivində 36 (26 qızıl, 6 gümüş, 4 bürünc) medal var. Özbəkistan komandası 4 qızıl, 9 gümüş və 4 bürünc medalla ikinci pilləni ələ keçirib. Aktivində 6 (4 qızıl, 1 gümüş, 1 bürünc) medal olan Nigeriya komandası isə üçüncü pilləni tamamlayır.
Qeyd edək ki, hazırda 22 ölkənin komandası medal qazanıb ki, onlardan da 11-i qızıl medal sevinci yaşayıb.
Ər-Riyad-2025-də medal qazanan ölkələr
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
