Ər-Riyad-2025: Atletimiz bürünc medal qazandı
17 noyabr 2025 - 19:28 586
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən atletika yarışlarına start verilib.
Olympic.az xəbər verir ki, üç təkanla tullanma yarışlarında idmançımız Yekaterina Sariyeva 13:84 m nəticə ilə üçüncü yeri tutub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarını oyunların keçirildiyi arenada izləyib.











