Dünya çempionatı: dördqat Olimpiya mükafatçımız bu gün mübarizəyə başlayır
19 sentyabr 2023 79

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq. Təmsilçilərimizdən dördqat Olimpiya mükafatçısı Mariya Stadnik də bu gün xalça üzərinə çıxacaq. 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla qarşılaşacaq.
57 kq çəki dərəcəsində yarışacaq Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq mübarizə aparacaq Birgül Soltanova isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla üz-üzə gələcək.
57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada qüvvəsini sınayacaq. O, Tamara Dollakla güləşəcək.
Bu gün həmçinin 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Bənzər xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ... Ətraflı

Sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyinin heyəti məlum olub
5-9 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr ... Ətraflı