Dünya çempionatı: Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırıb
22 sentyabr 2024 757
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar.
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı