Diana Dımçenko: Qarşıma qoyduğum məqsədə çata bilmədim
03 avqust 2024 775
Qarşıma qoyduğum məqsədə çata bilmədim.
Bunu Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko deyib.
İdmançı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:
"Olimpiadada iştirak etməyim yaxşı hadisədir. Bununla belə, qazandığım nəticə məni razı sala bilməz. Qarşıma qoyduğum məqsədə çata bilmədim. Fiziki hazırlığım qaydasındadır. Sadəcə psixoloji cəhətdən yarışa tam hazır deyildim. Ümumiyyətlə bu mövsüm mənim üçün çox da uğurlu keçmir. Bəzi rəqiblərim məni sözün yaxşı mənasında təəccübləndirdi".
Qeyd edək ki, Diana Dımçenko bu gün mübarizə apardığı C finalında 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı