Daniel Rikkardo: Bakıdakı yarışı səbirsizliklə gözləyirəm
12 sentyabr 2024 744
“Bakıdakı yarışı səbirsizliklə gözləyirəm”.
Bu sözləri Azərbaycan Qran-Prisinin qalibi, "Alpha Tauri" komandasının pilotu Daniel Rikkardo sabah start götürəcək Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.
Avstraliyalı sürücü yarışın komandası üçün vacib olduğunu bildirib: “Bu, əsl trekdir. Yarış zamanı cəld və doğru qərar verməlisiniz. Komandamız Faentsa şəhərində əlindən gələni etdi. İndi bəzi yenilikləri sınamaq üçün səbirsizlənirəm. Ciddi sınaq olacaq, amma əminəm ki, bir neçə xal toplayacağıq”.
Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə "Red Bull" komandasının heyətində Azərbaycan Qran-Prisinin qalibi olub. Formula 1 Azərbaycan Qran-Prisi-2024 sentyabrın 13-15-də keçiriləcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı