Daha iki atletimiz EYOF-2025-də mübarizəyə başladı
21 iyul 2025 - 12:00 700
Skopye-2025 çərçivəsində keçirilən atletika yarışları davam edir.
Bu gün daha iki atletimiz festivalda mübarizəyə başlayıb.
Təmsilçilərimizdən Həmid Nəbiyev I mərhələnin IV təsnifat yarışında 100 m məsafəni 11.38 saniyə nəticə ilə 6-cı yerdə tamamlayıb.
Komandamızın digər üzvü İsgəndər Əsgərov isə 800 m məsafəyə qaçışda I mərhələnin təsnifat yarışını 7 iştirakçı arasında sonuncu yerdə yekunlaşdırıb. O, bu məsafəni 1:59.41 saniyəyə qət edib. Bununla da hər iki idmançımız qeyd olunan məsafələr üzrə çıxışını yekunlaşdırıb.
Daha əvvəl isə digər təmsilçimiz Safiya Kərimova I mərhələnin III təsnifat yarışında 100 m məsafəyə qaçışda 13,09 nəticə ilə yeddinci olmuşdu.
Qeyd edək ki, festivalın atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı



