Cüdoçumuz Zelim Kotsoyev dünya çempionu oldu!
23 may 2024 2070
Mayın 23-də -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib.
Zelimin rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək dünya çempionu titulunu qazanıb.
Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Qeyd edək ki, dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.
Zelimə Olimpiya səfərində uğurlar arzulayırıq!
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı