Cüdoçumuz VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı
09 noyabr 2025 - 18:38 503
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Komandamızın heyətində Aytac Qardaşxanlı cüdo yarışlarında -70 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Mübarizəyə 1/4 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə itanlı Maryam Barbata qalib gəlsə də, yarımfinalda özbəkistanlı Xurşida Razzokberdiyeva məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada Səudiyyə Ərəbistanı təmsilçisi Fay Alslbouda qalib gələn Aytac Qardaşxanlı fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı

