Cüdoçu qızlardan Tallində böyük uğur!
06 sentyabr 2024 1446
Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan iki qızıl, bir gümüş medal qazanıb. Qızlar arasında -48 kq. çəkidə Könül Əliyeva və -57 kq. çəkidə Fidan Əlizadə Avropa çempionu titulunu əldə ediblər.
Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov isə gümüş mükafat əldə edib.
Könül Əliyeva və Fidan Əlizadənin nailiyyəti 25 ildən sonra azərbaycanlı qız cüdoçuların gənclərin Avropa çempionatında ilk qızıl medalı olub. Ümumilikdə isə qızlardan ibarət milli yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.
İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.
İdmançılarımızı təbrik edirik! Növbəti günlərdə mübarizə aparacaq cüdoçularımıza uğurlar arzulayırıq!
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı

