Cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək
18 aprel 2024 217
![](/news/1713438507.436429682_18126247165344338_2665621689876802243_njpg-1713428702.jpg)
Aprelin 19-da “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş 15 yaşa qədər yeniyetmələr U-15 arasında Abşeron-Xızı region birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 20 çəki dərəcəsində 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdan ibarətdir.
Yarış 31 may – 3 iyun tarixlərində keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Turnir Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı