Çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatı başa çatıb
01 oktyabr 2023 700
Türkiyənin Mersin şəhərində təşkil olunan yarışda iştirak edən cütlərimizdən Vadim Kutukov/Heydər Məmmədli 32 komanda arasında dördüncü olublar. Vüqar Bayramov/Ülvi Rəcəbli yarışın 1/4 final mərhələsində, Fidan Əhmədxanova/Larisa Smeltsova isə 1/8 finalda mübarizəni dayandırıblar.
Çimərlik voleybolçularımız oktyabrın 3-də Türkiyənin digər şəhərinə, Balıkesirə yola düşəcəklər. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı