Bütün dünya bu operatorun fədakarlığından danışır
29 oktyabr 2024 780
Ötən həftə Meksika Qran Prisinin startında «Red Bull» pilotu Yuki Tsunodanın qəzasını qeyd alan videoqrafın bəxti gətirib. Yuki «Williams» sürücüsü Alexander Albon və «Alpine» sürücüsü Pierre Qasliyə hücum edərkən dirəyə çırpılıb. Hadisə nəticəsində uçan avtomobili çəkən operatorun kamerası və əlləri zədələnib.
“Sky Sport bu fədakar işçisinin maaşını artırmalıdır. Ölüm təhlükəsinə baxmayaraq o, baş verənləri lentə almağa davam etdi”, - deyə jurnalist Əhməd Baokba sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, qəza nəticəsində Tsunoda və Albon yarışı tərk edib. Qasli isə yarışı davam etdirə bilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı