Bu gün Tokio Paralimpiadasının açılış mərasimi keçiriləcək
24 avqust 2021 1007
Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq. Tokio Paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.
Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.
Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib. Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi paraatlet Oloxan Musayev əvəzləyib. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən Paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
1. Pərvin Məmmədov (Pauerliftinq - 49 kq)
2. Elşən Hüseynov (Pauerliftinq - 107 kq)
3. Şamo Aslanov (Pauerliftinq - +107 kq)
4. Nurlan Babacanov (Pauerliftinq - 97 kq)
5. Raman Saleh (Üzgüçülük - 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə)
6. Vəli İsrafilov (Üzgüçülük - 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə)
7. Dana Şandıbina (Üzgüçülük - 100 metr məsafəyə brass üsulu ilə üzmə)
8. Şəhanə Hacıyeva (Cüdo - 48 kq)
9. Bəsti Səfərova (Cüdo - 52 kq)
10. Vüqar Şirinli (Cüdo - 60 kq)
11. Namiq Abbaslı (Cüdo - 66 kq)
12. Sevda Vəliyeva (Cüdo - 57 kq)
13. Xanım Hüseynova (Cüdo - 63 kq)
14. Hüseyn Rəhimli (Cüdo - 81 kq)
15. Dürsədəf Kərimova (Cüdo - +70 kq)
16. Kənan Abdullaxanlı (Cüdo - 100 kq)
17. İlham Zəkiyev (Cüdo - +100 kq)
18. Oloxan Musayev - (Atletika - nüvə itələmə, disk atma)
19. Elvin Astanov - (Atletika - nüvə itələmə)
20. Həmid Heydəri (Atletika - nizə atma)
21. Orxan Qasımov (Atletika - nizə atma)
22. Samir Nəbiyev - (Atletika - nüvə itələmə)
23. Elmir Cəbrayılov - (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
24. Səid Nəcəfzadə (Atletika - uzunluğa tullanma)
25. Kamil Əliyev (Atletika - uzunluğa tullanma)
26. Yelena Çebanu (Atletika - 100 metr məsafəyə qaçış)
27. Yuliya Yanovskaya (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
28. Lamiyə Vəliyeva (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
29. Orxan Aslanov - (Atletika - uzunluğa tullanma)
30. Yelena Taranova (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
31. Kamran Zeynalov (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
32. Röyalə Fətəliyeva (Taekvondo - 49 kq)
33. İmaməddin Xəlilov (Taekvondo - 61 kq)
34. Əbülfəz Abuzərli (Taekvondo - 75 kq)
35. Aynur Məmmədova (Taekvondo - +58 kq)
Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq. Paraüzgüçü Raman Saleh dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Tokio Paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı