Bu gün daha beş cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
25 aprel 2025 653
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Yarışların üçüncü günündə yığma komandamızın üç çəki dərəcəsində beş idmançısı tatami üzərinə çıxacaq. Belə ki, -81 kq çəki dərəcəsində 1/16 final mərhələsində Zelim Tçkayev isveçrəli Orelyen Bonferroni ilə qarşılaşacaq. Həmin çəki dərəcəsində mübarizə aparan digər idmançımız Ömər Rəcəbli isə albaniyalı Jon Vrenozi və finlandiyalı Eetu İhanamaki arasında keçiriləcək görüşün qalibi ilə mübarizə aparacaq. -90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Murad Fətiyev IJF təmsilçisi Aleksandr Sidoriklə qarşılaşacaq.-70 kq çəki dərəcəsində isə 1/32 final mərhələsində Günel Həsənli ukraynalı Anna Oleynik-Korniyenko cütünün qalibi ilə, Südabə Ağayeva isə israilli Adelina Novitski ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatının ilk iki günündə iki bürünc medal qazanıblar. Həmin medalları yığmamızın aktivinə Əhməd Yusifov (-60 kq), və Rəşid Məmmədəliyev (-73 kq) yazdırıb. 47 ölkədən 414 cüdoçunun iştirak etdiyi fərdi yarışlara aprelin 26-da yekun vurulacaq. Ertəsi gün isə cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı