Britaniya rəsmisi narahatlığını gizlətmir
19 aprel 2024 1177
Britaniya Olimpiya Assosiasiyasının baş icraçı direktoru Endi Anson bildirib ki, Paris Olimpiadasında azarkeşlərin təhlükəsizliyi böyük narahatlıq doğurur. “Bizim bir nömrəli məqsədimiz bütün idmançılarımızın, ictimaiyyətimizin və azarkeşlərimizin təhlükəsizliyidir”, - deyə Anson vurğulayıb.
Anson onu da qeyd edib ki, adətən açılış mərasimi şəhərin əsas stadionunda keçirilir. Lakin bu dəfə bütün idmançılar 160 barjada (kiçik gəmi) Sena boyunca üzəcəklər. Bu, idmançıları müxtəlif təhlükəsizliyini daha həssas edir.
Qeyd edilir ki, Fransa prezidenti Emmanuel Makron özü də əvvəllər bildirib ki, lazım gələrsə, Oyunların açılış mərasimin qapalı yerdə keçirəcəklər.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı