Xəbərlər

"Böyük Dəbilqə" turnirində növbəti qızıl medal

29 oktyabr 2026 - 19:10 25

Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

 

Azərbaycan komandasının daha bir cüdoçusu - Balabəy Ağayev turnirdə qızıl medal qazanıb. -60 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız finalda Tacikistanı təmsil edən Loiq Kudbudinova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, daha əvvəl qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) qızıl medala sahib çıxmışdı.