"Böyük Dəbilqə" turniri dörd medalla yadda qaldı
04 may 2025 336
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
Üç gün davam edən yarışda 27 ölkəni təmsil edən 226 (123 kişi, 103 qadın) cüdoçu qüvvəsini sınayıb. 6 çəki dərəcəsində 8 cüdoçu təmsil olunan komandamız turniri 2 qızıl və 2 gümüş medalla başa vurub. Millimizə ilk medalı yarışların ilk günündə fərqlənən Balabəy Ağayev (-60 kq) qazandırıb. Turnirin sonuncu günündə isə daha üç cüdoçumuz fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən Elcan Hacıyev -90 kq çəki dərəcəsində komanda yoldaşı Vüqar Talıbova qalib gələrək qızıl medala layiq görülüb. Vüqar Talıbov isə gümüş medalla mükafatlandırılıb. Yığmamıza digər gümüş medalı isə Camal Qamzatxanov (+100 kq) qazandırıb.
“Böyük Dəbilqə” turnirini dörd medalla başa vuran cüdo yığmamız ümumi komanda hesabında ikinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı