“Böyük Dəbilqə”: Azərbaycanın 8 cüdoçusu mübarizəyə start verir
01 mart 2024 913
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın səkkiz idmançısı tatamiyə çıxacaq.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Nazir Talıbov italiyalı Angelo Pantano, Rövşən Əliyev fransalı Valadye Romenlə qarşılaşacaq. 66 kiloqramda İslam Rəhimov türkmənistanlı Sərdar Rəhimovu, Rəşid Yelkiyev yaponiyalı Ryoma Tanakanı sınağa çəkəcək.
Qadınların mübarizəsində 48 kiloqramda Könül Əliyeva özbəkistanlı Xalimajon Qurbanova, 52 kiloqramda Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, müvafiq olaraq, kanadalı Keli Dequçi və polşalı Aleksandra Kaleta, 57 kiloqramda Fidan Əlizadə isə türkiyəli Özlem Yıldız ilə yarışacaq.
Qeyd edək ki, martın 3-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı