“Böyük Dəbilqə”: Azərbaycanı Parisdəki turnirdə 8 cüdoçu təmsil edəcək
03 fevral 2026 - 11:12 402
Azərbaycanı fevralın 7–8-də Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində təmsil edəcək cüdoçular bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 idmançımız mübarizə aparacaq.
Turnirdə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) çıxış edəcəklər.
Qeyd edək ki, “Böyük Dəbilqə”də 82 ölkədən 526 cüdoçu qüvvəsini sınayacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı