"Böyük Dəbilə" turnirinin ilk günündə bir bürünc medal
11 may 2024 1172
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk yarış gününə yekun vurulub. 84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Komandamız turnirdə 15 (12 kişi, 3 qadın cüdoçu ilə təmsil olunur. İlk yarış günündə 4 çəki dərəcəsində 7 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız Kamran Süleymanov mükafatçılar sırasına düşə bilib. 66 kq çəki dərəcəsində mübarizə aparana idmançımız komanda yoldaşı Ruslan Paşayevə qalib gələrək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirə mayın 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı