Boksçularımız Avropa çempionatına yollanıb
11 mart 2022 1382
22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb. Yığma martın 13-23-də Poreç şəhərində keçiriləcək qitə birinciliyində 7 idmançı ilə təmsil olunacaq.
Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevə (80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı