Boks üzrə özbəkistanlı Olimpiya çempionu Bakıda təlim-məşq toplanışı keçəcək
13 mart 2025 678
“Paris-2024” Yay Olimpiya Oyunlarının boks üzrə çempionu Lazizbek Mullajonov (92 kiloqram) Bakıya gəlib.
Özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu Azərbaycanın ağır çəkili boksçuları Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayevlə (+92 kiloqram) birgə məşq edəcək.
Qeyd edək ki, Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris Olimpiadasının finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı