BOK-un yeni prezidenti Olimpiya evinin qonağı olub
10 aprel 2025 461
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni seçilmiş prezidenti Kirsti Koventrini Lozannadakı Olimpiya evində olub. Qonağı BOK prezidenti Tomas Bax, baş direktoru Kristof de Keper və digər əməkdaşlar qarşılayıblar. Tomas Bax xanmı Kovetriyə çiçək dəstəsi təqdim edib. Onlar Olimpiya evinin simvolik pilləkənləri fonunda şəkil çəkdiriblər.
Yeni seçilmiş BOK prezidenti tədbirdə çıxışı edib. "Bu görüş uzun müddət yaddaşımda qalacaq. Burada olmaqdan çox məmnunam. Heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa burada dayanacağam. Hər birinizə təşşəkkür edirəm», - deyə Kristi Koventri qeyd edib.
Məlumat üçün bildirək ki, Zimbabvedən olan Kirsti Koventri üzgüçülük üzrə iki qat Olimpiya çempionudur. O, martın 20-də Yunanıstanın Kosta Navarino şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü sessiyası zamanı BOK-un 10-cu prezidenti və BOK tarixinin ilk qadın prezident seçilib.
Xatırladaq ki, o, BOK-un prezidenti kimi fəaliyyətinə iyun ayında başlayacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı