BOK-un İcraiyyə Komitəsi ağır atletikanı 2028-ci il Olimpiadasının proqramına daxil etməyi tövsiyə edib
14 oktyabr 2023 639
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi ağır atletika üzrə turniri 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi tövsiyə edib.
Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir: “BOK-un İcraiyyə Komitəsi Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Beynəlxalq Test Agentliyinin (ITA) Antidopinq idarəsinə nümayəndə göndərməsindən sonra ağır atletika üzrə turniri Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi tövsiyə edib. BOK 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya təsnifatında antidopinq proqramlarının effektivliyinə, həmçinin IWF-də idarəçilik üzrə dəyişikliklərin həyata keçirilməsinə diqqətlə nəzarət etməyə davam edəcək”.
BOK 2021-ci ildə ağır atletikanı 2028-ci il Olimpiadasının proqramına daxil etməmişdi. Komitə bildirmişdi ki, IWF-nin dopinqlə mübarizə üzrə tövsiyələri yerinə yetirməsi və antidopinq sistemindən asılı olmadığını göstərməsi vacibdir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı