BOK ukraynalı idmançını olimpiadadan uzaqlaşdırıb
12 fevral 2026 - 14:52 373
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ukraynalı skeletonçu Vladislav Geraskeviçi Olimpiya Xartiyasına zidd olan dəbilqə geyindiyinə görə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.
Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb. "Ukraynalı Skeletonçu Vladislav Geraskeviç idmançının geyim görünüşü ilə bağlı BOK qaydalarına riayət etmədiyinə görə XXV Qış Olimpiadasından kənarlaşdırılıb. Qərar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) münsiflər heyəti tərəfindən quruma təqdim olunub.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna görə də idmançının akkreditasiyasını ləğv etmək qərarına gəlib. BOK ilə Geraskeviç arasında çoxsaylı fikir mübadiləsinə və şəxsi görüşlər keçirilib. BOK prezidenti Kirsti Koventri ilə görüşdə məsələ öz həllini tapmayıb", - deyə Təşkilatın açıqlamasında deyilir.
Məlumat üçün bildirək ki, Geraskeviç Olimpiadada ilk çıxışı zamanı üzərində Ukrayna-Rusiya müharibəsi zamanı həytanını itirən idmançıların şəkili olan dəbilqədən istifadə edib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı