BOK prezidentliyinə namizədlərin sənədləri dərc edilib
28 dekabr 2024 514
Gələn ilin yanvarın 30-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə namizədlərin təqdimatı və BOK-un növbədənkənar sessiyası keçiriləcək.
Artıq Beynəlxalq Olimpiya Komitəsi qurumun rəhbəri olmaq üçün yeni namizədlərin namizədlik sənədlərini ioc.org saytında fransız və ingilis dilində yerləşdirib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə seçkilər gələn ilin martında BOK-un Yunanıstanda keçiriləcək 144-cü sessiyası zamanı olacaq.
BOK-un prezidentliyinə 7 nəfər - Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faysal Əl-Hüseyn (BOK-un İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizəddir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı