BOK prezidentliyinə müraciət üçün son tarix açıqlanıb
13 avqust 2024 1252
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezident vəzifəsinə namizədlərin siyahısının açıqlanacağı gün bəlli olub.
Quruma rəhbərlik etmək üçün son müraciət tarixi sentyabrın 15-dir.
BOK yekun namizəd siyahısını sentyabrın 16-da açıqlayacaq. Qurumun yeni rəhbəri 2025-ci il martın 21-də Afinada keçiriləcək konqressdə bəlli olacaq. Hələlik Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou namizədliyini irəli sürüb.
Qeyd edək ki, BOK-un hazırki prezidenti Tomas Bax bir neçə gün əvvəl yenidən namizəd olmayacağını açıqlayıb. O, 2013-cu ildən quruma başçılıq edir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı