BOK prezidenti Sena çayında üzməyə hazırdır
06 may 2024 1122
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Paris-2024 Yay Olimpiya Oyunlarının startından əvvəl Sena çayında üzməyə hazır olduğunu bildirib.
“Mənə hələ bu barədə hər hansı bir təklif gəlməyib. Əgər dəvət göndərilsə, məmnuniyyətlə razılıq verəcəyəm. Ümid edirəm ki, Senanın suyu çox soyuq olmayacaq”, - deyə Niderlandın ad.nl saytı Baxın sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, Paris-2024-ün Təşkilat Komitəsi uzun müddətdir ki, Sena çayının vəziyyəti ilə bağlı tənqid dalğası ilə üzləşib. Hətta Fransa prezidenti Senanın olimpiadaya uyğun olmasını sübut etmək üçün Oyunların məşəli alovlanana qədər çayda çiməcək. Artıq şəhərin meri Anna Hidalqo da oxşar açıqlama verib. Məlumat üçün bildirək ki, tez-tez yağan yağışlar və suyun çirklənməsi səbəbindən sakinlərin çimməsinə bir əsrdir ki, icazə verilməyib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı