Bilalhəbaşi Nəzərov dünya birinciliyində gümüş medal qazanıb
02 noyabr 2024 1164
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində final görüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin üzvü Bilalhəbaşi Nəzərov (48 kq) rinqə çıxıb.
O, həlledici görüşdə Safyiddin Sabirovla (Özbəkistan) qarşılaşıb. Görüş rəqibin 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Nəzərov dünya birinciliyini gümüş medalla başa vurub.
Bu, milli komandamızın mundialda rəsmiləşən 4-cü mükafatı olub. Boksçularımızdan daha öncə Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, sabah keçiriləcək final mərhələsinin ikinci günündə Əli Abdullayev (63,5 kq) də rinqə çıxacaq. O, çempionluq görüşündə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı