Bəhreyn və Ciddə GP-ləri ləğvə yaxındır
10 mart 2026 - 11:00 349
Bazar ertəsi Avstraliya Qran Prisindən sonra apreldə keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin ləğv olunacağına dair daha çox dolayı əlamətlər ortaya çıxıb. Bildirilir ki, Formula 1 rəhbərliyi yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlama verməyə hazırlaşır.
Maraqlıdır ki, bu qərarın mümkünlüyünü təsadüfən Ayzek Hacar və Kimi Antonelli də təsdiqləmiş kimi görünür. Red Bull Racing və Mercedes komandalarının sürücüləri Melburndan Şanxaya adi sərnişin reysi ilə uçarkən bu mövzunu müzakirə ediblər. Onların söhbətini isə təyyarədə olan sərnişinlərdən biri eşidərək sosial şəbəkələrdə paylaşıb.
Həmin söhbət zamanı Hacar zarafatla Antonelliyə belə deyib: “İndi sənin qalib gələ biləcəyin iki yarış azalıb.”
Daha əvvəl xəbər verildiyi kimi, Formula 2 və Formula 3 çempionatlarında Bəhreyn və Ciddə mərhələlərinin əvəzinə alternativ yarışlar tapmaq üzərində iş aparılır. Lakin Sky Sportsun məlumatına görə, Formula 1 təqvimində əvəzləyici mərhələlər planlaşdırılmır.
Əgər ləğv rəsmi şəkildə təsdiqlənsə, onda Yaponiya Qran Prisi ilə Mayami Qran Prisi arasında təxminən beş həftəlik fasilə yaranacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı