Bədii gimnastlarımız Avropa çempionatında gürzlər ilə proqramlarını icra ediblər
19 may 2023 909
Bədii gimnastlarımız Zöhrə Ağamirova və İlona Zeynalova Azərbaycan paytaxtında təşkil olunan Avropa çempionatında gürzlər ilə çıxışlarını təqdim ediblər.
Z.Ağamirova hakimlərdən 31,050, İ.Zeynalova isə 25,250 xal alıblar. Hazırda Z.Ağamirova təsnifat mərhələsində üçüncü, İ.Zeynalova isə 32-ci pillədə qərarlaşıblar.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.
Yarışa mayın 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı